Bu gün keçirilən iclas

Bu gün məktəbimizdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təlimatı əsasında məktəb rəhbərliyinin təşkilatçılığı ilə sinif rəhbərləri ilə iclas keçirildi. Görüşün əsas məqsədi 8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində məktəbdə xoşagəlməz halların qarşısının alınması və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi idi.
İclasda sinif rəhbərlərinə müvafiq tapşırıqlar verildi, şagirdlərlə aparılacaq maarifləndirici söhbətlərin vacibliyi vurğulandı. Həmçinin, məktəb daxilində nizam-intizam qaydalarına ciddi riayət olunması və yaranacaq hər hansı problemlə bağlı operativ tədbirlərin görülməsi müzakirə olundu.