Məktəbimizin həkimi Lalə Xanverdiyeva şagirdlərlə görüşərək şəxsi gigiyena qaydaları və qurd invaziyalarına qarşı mübarizə mövzusunda maarifləndirici söhbət aparıb. Görüş zamanı həkim uşaqlara düzgün əl yuma qaydaları, şəxsi təmizlik vərdişləri və parazitlərdən qorunma yolları haqqında ətraflı məlumat verib. Şagirdlər mövzu ilə bağlı suallarını verib, öz təcrübələrini bölüşüblər. Həkim onlara sağlam həyat tərzi üçün gigiyena qaydalarına ciddi əməl etməyin vacibliyini vurğulayıb. Maarifləndirici tədbir şagirdlər üçün çox faydalı olub və onların gigiyena vərdişlərinə daha məsuliyyətlə yanaşmalarına töhfə verib.