Bu gün məktəbimizdə XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirildi. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başladı. Daha sonra Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anıldı. Şagirdlər Xocalı şahidlərinin xatirələrini əks etdirən şeirlər söylədilər və faciənin acı gerçəkliklərini əks etdirən təqdimatlarla çıxış etdilər. Daha sonra Xocalı soyqırımının tarixi, erməni silahlı birləşmələrinin törətdikləri qətliamı əks etdirən videoçarx nümayiş olunub