Bu gün yağan ilk qar şəhərimizi ağ örpəyə bürüdü. Şagirdlər bu gözəl mənzərəni böyük sevinclə qarşıladılar. Dərs fasilələrində onlar həyətə çıxaraq qar topu oynadılar, kiçik qardan fiqurlar düzəltdilər və dostları ilə bu anları bölüşdülər. Təbiətin bizə bəxş etdiyi bu gözəllik məktəbdə xüsusi bir ab-hava yaratdı. Şagirdlərin sevinc dolu baxışları, gülüş səsləri məktəbimizin həyətini daha da canlandırdı.