21 fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə məktəbimizdə Azərbaycan dili və ədəbiyyat müəllimi Aytən Bağıyevanın rəhbərliyi ilə "Ana dilim, doğma dilim" adlı bədii qiraət və səhnəciklərin müsabiqəsi təşkil olundu. Tədbirin məqsədi şagirdlərə ana dilimizin gözəlliyini və zənginliyini aşılamaq, onların nitq mədəniyyətini inkişaf etdirmək və bədii söz sənətinə maraqlarını artırmaq idi. Müsabiqədə müxtəlif siniflərdən olan şagirdlər iştirak edərək, ana dilinə həsr olunmuş şeirlər səsləndirdilər və maraqlı səhnəciklər nümayiş etdirdilər. Sonda münsiflər heyəti tərəfindən qiymətləndirmə aparıldı və fərqlənən şagirdlər diplom və təşəkkürnamələrlə təltif olundu. Tədbir iştirakçılar tərəfindən maraqla qarşılandı və məktəb kollektivinə unudulmaz anlar yaşatdı.