Məktəbimizin Ana dili və ədəbiyyat müəllimi Vəfa Zeynalova dərs dediyi 8D sinfi ilə birlikdə tədris proqramına uyğun olaraq "Dolu" bədii filminə tamaşa edib. Filmin nümayişi şagirdlərdə vətənpərvərlik ruhunun gücləndirilməsi, müasir tariximizə dair biliklərinin artırılması və əsərin ideya-məzmununu daha dərindən mənimsəmələri məqsədilə təşkil olunub. Tamaşadan sonra şagirdlər filmin mövzusu, ideyası və tarixi əhəmiyyəti barədə müzakirələr aparıb, öz təəssüratlarını bölüşüblər. Bu cür tədbirlər onların ədəbi-bədii zövqünün formalaşmasına və tədris materiallarının daha effektiv mənimsənilməsinə töhfə verir.