Bu gün 9-cu sinif şagirdləri ilə buraxılış imtahanına hazırlıq çərçivəsində psixoloji dəstək görüşü keçirdik. Görüş zamanı şagirdlərə imtahan stresini idarə etmə yolları, düzgün nəfəs texnikaları və “boş kağız” metodu öyrədildi. Bu metodlar onların gərginliyi azaltmasına və imtahan zamanı diqqətlərini daha yaxşı toplamasına kömək edəcək. Gənc psixoloqumuz şagirdlərin suallarını cavablandırdı, onlara stressin öhdəsindən gəlməyin effektiv yollarını izah etdi. Tədbir motivasiyaedici və interaktiv keçdi. Məktəbimizin şagirdləri gələcək imtahanlara daha hazırlıqlı və özünəinamlı şəkildə yanaşacaqlar. Uğurlar arzulayırıq.