Xeyirin şər üzərində qələbəsi

Məktəbimizin kitabxanaçısı Nərgiz Nəsirova şagirdlər üçün “Xeyirin şər üzərində qələbəsi” mövzusunda maraqlı mütaliə toplantısı təşkil edib. Toplantıda şagirdlər xeyir və şər mövzusunu əks etdirən müxtəlif əsərlərdən nümunələr oxuyub, müzakirələr aparıblar. Məqsəd şagirdlərə ədəbiyyat vasitəsilə xeyirxahlıq, ədalət və dürüstlük kimi dəyərləri aşılamaq, onları mütaliəyə həvəsləndirmək olub. Görüş zamanı kitabxanaçı Nərgiz Nəsirova xeyirin həmişə qalib gəldiyini vurğulayaraq, şagirdləri bu mövzuda daha çox kitab oxumağa həvəsləndirib.
Şagirdlər oxuduqları əsərlərlə bağlı fikirlərini bölüşərək, qəhrəmanların xeyir və şər qarşısında göstərdikləri mövqeləri təhlil ediblər. Maraqlı və interaktiv keçən görüşdə mütaliə mədəniyyətinin formalaşmasına töhfə verməklə yanaşı, şagirdlərdə müsbət xarakter xüsusiyyətlərinin inkişafına da xidmət edib.