İslam Səfərlinin anım günü

Bu gün məktəbimizdə Azərbaycan dili və ədəbiyyat müəllimi Aytən Bağıyeva tərəfindən 7A sinif şagirdlərinə görkəmli şair, dramaturq və tərcüməçi İslam Səfərlinin doğum günü münasibətilə tədbir keçirildi. Aytən müəllim İslam Səfərlinin ədəbiyyatımıza verdiyi töhfələrdən, onun yaradıcılığında vətənpərvərlik və insani duyğuların mühüm yer tutmasından bəhs etdi. O, şagirdlərə Səfərlinin kitabından bir neçə nümunə göstərərək əsərlərinin üslubu və mövzu dairəsi haqqında maraqlı müzakirə apardı. Şagirdlər şairin ədəbi irsi barədə fikirlərini bölüşdülər və onun yaradıcılığının bu gün də aktual olduğunu qeyd etdilər.