Metodiki işi gücləndirək

Bu gün məktəbimizdə direktoryanı iclas keçirilib İclasda Azərbaycan və ingilis dili müəllimləri iştirak ediblər. Görüş zamanı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin kurator məktəblərin direktorları ilə keçirdiyi toplantıda müzakirə olunan məsələlər müəllimlərə təqdim edilib.Təhsil keyfiyyətinin artırılması, tədris prosesinin daha da təkmilləşdirilməsi və innovativ metodların tətbiqi kimi vacib mövzular ətrafında fikir mübadiləsi aparılıb. Müəllimlər öz təcrübələrini bölüşüb və qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparıblar.