Oxuyub anlama bacarığı
Məktəbimizdə ibtidai sinif şagirdlərinin oxuyub anlama bacarıqlarını qiymətləndirmək məqsədilə test yazı işləri keçirildi. Bu testlər vasitəsilə şagirdlərin mətnləri oxuma, başa düşmə və fikirlərini ifadəetmə qabiliyyətləri yoxlanıldı. Testlərin keçirilməsi zamanı şagirdlərə yaş səviyyələrinə uyğun maraqlı mətnlər təqdim edildi. Mətnlər üzrə suallar isə oxuma-anlama bacarıqlarını dəqiq qiymətləndirmək məqsədilə xüsusi olaraq hazırlanmışdır. Bu qiymətləndirmənin nəticələri təhlil edilərək şagirdlərin fərdi inkişafı üçün yeni tədris yanaşmaları tətbiq ediləcəkdir. Məktəb rəhbərliyi və müəllim heyəti, hər bir şagirdin inkişafına dəstək olmaq üçün nəticələr əsasında müvafiq tədbirlər görməyi planlaşdırır.