Polis Akademiyasına qəbul və gənclərin maarifləndirilməsi mövzusunda görüş
10.01.2025-ci il tarixdə məktəbimizdə DİN Polis Akademiyasının nümayəndəsi polis leytenantı Elgün Rəhimli və Nərimanov rayon Polis İdarəsinin əməkdaşı polis mayoru Nicat Əliyevin iştirakı ilə IX-XI sinif şagirdləri ilə gənclərin DİN sistemində təhsilə və xidmətə təşviq edilməsi barəsində görüş keçirilmişdir. Görüşdə şagirdlərə polis akademiyasına qəbul qaydaları və orada yaradılmış maddi-sosial baza haqqında geniş məlumatlar verilmişdir. Həmçinin gənclərə gələcəkdə dövlətinə və vətəninə sadiq olmaq və sağlam ruhda böyümək üçün müəyyən tövsiyələr verilmişdir.