3D qələmlə yaradıcılıq:Şagirdlərin STEAM dərsindəki maraqlı əl işləri
STEAM müəllimi Aytən Bağıyeva 5C sinfi ilə birlikdə 3D qələmlərdən istifadə edərək maraqlı əl işləri hazırlayıb. Bu fəaliyyət, şagirdlərin yaradıcılıq və texnologiya ilə işləmə bacarıqlarını inkişaf etdirməyə yönəlmiş bir layihə olub. Hazırlanan işlər arasında fərqli formalarda heykəllər, dekorativ əşyalar və innovativ dizaynlar yer alıb.