Səmərəli əməkdaşlıq

Milli Olimpiya Komitəsi və Elm və Təhsil Nazirliyinin birgə layihəsi olan OCEP məktəbimizə səmərəli əməkdaşlıq üçün imkanlar yaratdı. Qardaşlaşdığımız Aktau şəhərində yerləşən Nazarbayev İntellektual məktəbin təşkilatçılığı ilə keçirilən "Rus dili və ədəbiyyatı tədrisində müasir çağırışlar" mövzusunda beynəlxalq telekörpüdə bu 2 qardaş məktəbin və Başqırdıstan respublikası YM.Q.Rəhimov adına 3 N-li internat-gimnaziyası, Kaspiyisk şəhəri 11 N-li Kaspiyisk gimnaziyasının nümayəndələri iştirak edirdi. 15 noyabr tarixində ZOOM onlayn platforması üzərindən keçirilən görüşdə rus dilinin tədrisi ilə bağlı çox aktual və maraqlı mövzular üzrə çıxış və müzakirələr oldu. Məktəbimizi təmsil edən əməkdar müəllim Solmaz Hüseynovanın çıxışı " Nitq fəaliyyətinin stimullaşdırılması və onun inkişaf üsulları" mövzusunda idi. Görüş çox isti, işgüzar mühidə keçdi. Hər bir iştirakçı görüşdə təqdim edilən materialların çox lazımlı və aktual olduğunu qeyd etdi.
Bu görüş əməkdaşlığımızı daha səmərəli inkişaf etdirmək üçün gözəl motivasiya oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi