2024-cü il üzrə məktəbimizin uğur xronikası

Təyyarə qəzasında həlak olanların əziz xatirəsini hörmətlə anaraq.
Budur, artıq 2024 cü ilin bitməsinə sayılı günlər qalıb.Çox təəssüf ki, bu ilin son akkordları kədərli notlarla yaddaşlarda iz qoydu. Lakin 2024 -cü il həm də bir çox zəngin tarixi hadisələrlə yaddaşlara həkk olundu. Prezident seçkiləri, illərdi işğalda olan Xankəndi şəhərində Qarabağ Universitetinin açılması, azad olunmuş bölgələrdə aparılan genişmiqyaslı quruculuq və abadlıq  işləri, məcburi köçkünlərin öz dədə - baba yurdlarına qayıtması, COP-29 kimi möhtəşəm tədbirlərə ev sahibliyi edən ölkəmiz daha neçə - neçə uğurlara öz imzasını atdı. 
2024 cü il məktəbimiz üçün də yadda qalan illərdən oldu. Belə ki, OCEP layihəsi çərçivəsində məktəbimizin əməkdaşlıq etdiyi Qazaxıstan Respublikasının Aktau şəhərindəki Nazarbayev adına İntelektual məktəbin nümayəndələri ilə yanaşı neçə mötəbər şəxslər məktəbimizin qonağı oldular. İki nəfər məzunumuz buraxılış imtahanlarında maksimum nəticə göstərib, digər məzunlarımız isə buraxılış və qəbul imtahanlarından yüksək bal toplayaraq ölkəməzin və xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq qazanıblar. Bir nəfər şagirdimiz gümüş medalla məktəbi bitirdi. Bundan əlavə, bir neçə şagirdimiz beynəlxalq  olimpiadaların qalibləri olublar. Məktəbimiz təhsil sahəsində bir çox uğurlara imza atmaqla yanaşı şagirdlərimizin əylənməsi üçün də əlindən gələni əsirgəmir. Yeni təqvim ilinin başlanması münasibətilə məktəbimizdə xüsusi guşə yaradılıb. Şagirdlərin marağına və sevincinə səbəb olan bu guşə məktəbimizin müəllimi Zinyət Qurbanovanın və şagirdlərin əl işlərindən ibarətdir.  
Məktəb kollektivimizi və şagirdlərimizi Dünya Azərbaycanlılarının həmrəylik günü və yeni təqvim ilinin başlanması münasibətilə təbrik edirik. Yeni ildə hər kəsə bol-bol uğurlar və nailiyyətlər qazanmağı diləyirik. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi