Məktəbimizdə "Naxçıvan aylığı" davam edir. 5-ci sinif şagirdləri Naxçıvanın zəngin adət-ənənələrini əks etdirən maraqlı təqdimatlar hazırladılar. Təqdimatlar zamanı şagirdlər milli mədəniyyətimizin, folklor nümunələrinin, bayram adətlərinin və tarixi ənənələrin incəliklərini nümayiş etdirdilər.