"Naxçıvanın tarixi və mədəni irsi" mövzusunda inşa müsabiqəsi
Tarixi abidələri, zəngin təbiəti ilə göz oxşayan Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibət 9-cu sinif şagirdləri arasında "Naxçıvanın tarixi və mədəni irsi" mövzusunda inşa müsabiqəsi keçirilmişdir. Müsabiqənin əsas məqsədi şagirdlərdə Vətənin ayrılmaz parçası olan Naxçıvanın zəngin tarixini və mədəniyyətini dərindən öyrənməsinə şərait yaratmaq, eyni zamanda yaradıcı yazı bacarıqlarını inkişaf etdirmək olmuşdur. Şagirdlər müsabiqədə böyük həvəslə iştirak etmiş, Naxçıvanın tarixi, mədəni dəyərlərini öz düşüncələri ilə əks etdirmişlər,