Naxçıvan Muxtar Respublikasının yaradılması, qədim tarixi haqqında dəyirmi masa

Hər daşın, hər qayanın altında Azərbaycan xalqının zəngin keçmişini,  mədəniyyətini, adət- ənənələrini özündə yaşadan dəqim diyarımız Naxçıvanın  Azərbaycan tarixində özünə məxsus yeri var. Naxçıvanın yaranmasının 100 illiyi ilə bağlı məktəbimizin kitabxanaçıları Xanım İmanova və Nərgiz Nəsirova  şagirdlərlə maraqlı müzakirələr aparıblar.Tədbir zamanı Naxçıvan xanlığının tarixi, mədəniyyəti və bölgənin əhəmiyyəti haqqında yazılmış əsərlər geniş müzakirə olunub.

Şagirdlər Naxçıvan xanlığının ictimai-siyasi həyatına və mədəni irsinə dair maraqlı faktlarla tanış olublar. 

Bu tədbir həm tarixi biliklərin zənginləşməsinə, həm də şagirdlərdə milli-mənəvi dəyərlərə sevgi və hörmət hissinin aşılanmasına töhfə verib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi