Əlçatan təlim
İnkluziv təlim bütün şagirdlərin, o cümlədən xüsusi təhsil ehtiyacları olanların təhsilə bərabər imkanlarla qoşulmasını təmin edən bir yanaşmadır. Dadaşzadə Məryəm Elmar qızı da İnkluziv təlim çərçivəsində bu il 1-ci sinfə qədəm qoyub. O, tapşırıqları yüksək motivasiya və diqqətlə yerinə yetirərək öz potensialını nümayiş etdirir. Sinif yoldaşlarının, loqopedin və müəllimlərinin ona olan diqqəti və qayğısı nəticəsində Məryəm elm ocağına daha tez alışıb