Bullingə qarşı birgə mübarizə: Dəyirmi masa müzakirəsi

    Bu gün məktəbimizdə müəllimlərin və müavinlərin iştirakı ilə “Bulling: səbəbləri, nəticələri və qarşısının alınması yolları” mövzusunda dəyirmi masa təşkil olundu. Diskussiya formatında keçirilən görüşdə bullingin məktəbdaxili mühitə təsiri, şagirdlərin psixoloji sağlamlığına mənfi nəticələri və onun qarşısının alınması üçün effektiv metodlar müzakirə edildi. Müəllimlər və müavinlər öz təcrübələrini bölüşərək, bu sahədə tətbiq olunan qabaqcıl yanaşmalar və həll yolları haqqında fikir mübadiləsi apardılar.

Dəyirmi masanın məqsədi məktəb mühitində sağlam və təhlükəsiz münasibətlərin formalaşdırılmasına töhfə vermək və bulling hallarına qarşı sıfır dözümlülüyü təmin etmək idi. Belə təşəbbüslər məktəbimizdə gələcəkdə də davam etdiriləcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi