“Uşaq Hüquqları Konvensiyası”
Bu gün məktəbimizdə “Uşaq Hüquqları Konvensiyası” mövzusunda məlumatlandırıcı bir tədbir keçirildi. Tədbirdə şagirdlərə Konvensiyanın əsas prinsipləri və uşaq hüquqlarının təmin edilməsi barədə ətraflı məlumat verildi. Kitabxanada keçirilən bu sessiya zamanı şagirdlərə müxtəlif hüquqlar haqqında məlumatlar təqdim olundu və bu hüquqların hansının doğru, hansının yanlış olması ilə bağlı onlara izahlar verildi. Tədbirin sonunda isə şagirdlərin mövzunu necə anladıqlarını öyrənmək məqsədilə sorğu-sual sessiyası keçirildi. Bu tədbir, şagirdlərə hüquqlarını anlamağa və həyatlarına tətbiq etməyə töhfə verdi.