Zəfər Bayramına həsr olunmuş rəsm sərgisindən
Nərimanov rayonu İcra Hakimiyyəti və İdman və Gənclər Təşkilatının təşkil etdiyi Zəfər Bayramına həsr olunmuş rəsm sərgisində şagirdlərimiz fəal iştirak ediblər. Şagirdlər sərgidə çəkdikləri vətənpərvərlik mövzusunda əsərlərini nümayiş etdirərək, bayram əhval-ruhiyyəsini əks etdiriblər. Tədbir zamanı iştirakçılara təşəkkür məqsədilə sertifikat və hədiyyələr təqdim olunub. Bu cür tədbirlər gənclərimizdə vətən sevgisinin və milli ruhun gücləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir.