Qubadlının azadlığına həsr olunan yaradıcılıq nümunələri
Şagirdlərin hərtərəfli inkişafı üçün məktəbimizdə təşkil olunan intellektual inkişaf dərnəyində şagirdlər Qubadlının işğaldan azad olunmasının ildönümü münasibəti ilə maraqlı əl işləri hazırlayıblar. Bu fəaliyyətlər şagirdlərin milli dəyərlərə olan sevgi və bağlılıqlarını gücləndirməklə yanaşı, onların yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməyə dəstək olur. Şagirdlər hazırladıqları əl işləri vasitəsilə Qubadlının tarixi və mədəni irsini əks etdirməyə çalışıblar. Hər bir əl işi onların vətənpərvərlik ruhunu və yaradıcılığını göstərən gözəl nümunədir.