Ekologiya aylığı çərçivəsində “Tullantılardan səmərəli istifadə” mövzusunda maarifləndirici dərs
5B sinifində, Məhərrəmova Radənin rəhbərliyi ilə Ekologiya aylığı çərçivəsində “Tullantılardan səmərəli istifadə” mövzusunda maarifləndirici dərs keçirildi. Şagirdlər tullantıların yenidən istifadəsi, təkrar emal prosesləri və ətraf mühitin qorunmasının vacibliyi barədə praktiki biliklər əldə etdilər. Dərs zamanı interaktiv müzakirələr aparıldı və şagirdlər öz fikirlərini bölüşdülər.