STEAM dərsimizdə yaradıcı təcrübə: Paraşüt hazırlığı
Bu gün 5-ci sinif şagirdlərimizlə Aytən Bağıyevanın rəhbərliyi altında maraqlı bir STEAM dərsi keçirilib. Dərsdə paraşütlərin hazırlanması və onların iş prinsipinin öyrənilməsi üzrə praktik işlər aparılıb. Şagirdlərimiz həm fizika, həm də yaradıcılığı birləşdirərək öz əlvan paraşütlərini hazırlayıblar.
Bu kimi fəaliyyətlər, şagirdlərimizin texniki biliklərini artırır və onların problem həll etmə bacarıqlarını inkişaf etdirir. Gələcəyin mühəndisləri və elmi kəşfçiləri burada yetişir.