2-ci sinif şagirdləri ilə maraqlı nağıl saatı

    Mütaliyə aylığı çərçivəsində, məktəbimizin kitabxanaçısı Nərgiz Nəsirova 2-ci sinif şagirdləri üçün maraqlı bir nağıl oxu saatı təşkil edib. O, Qazax nağıllarından olan “Atanın 3 məsləhəti” adlı əsəri uşaqlara oxuyaraq, onlara nağılın dərin mənasını izah edib. Nağıl atanın övladına verdiyi üç dəyərli məsləhət ətrafında qurulub. Nərgiz Nəsirova bu nağıl vasitəsilə uşaqlara doğru qərarlar verməyin, səbirli və anlayışlı olmağın əhəmiyyətini vurğulayıb. Uşaqlar nağılın məzmununu diqqətlə dinləyib və öz fikirlərini paylaşaraq aktiv şəkildə müzakirələrdə iştirak ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi