Məktəbimizdə inklüziv şagirdlərlə görüş

    Məktəbimizdə inklüziv təhsil üzrə şagirdlərin valideynləri ilə görüş keçirildi. Görüşdə valideynlərə inklüziv təhsilin məqsədi, əhəmiyyəti və şagirdlərin fərdi inkişafı haqqında geniş məlumat verildi. Eyni zamanda, valideynlər öz suallarını ünvanlamaq və uşaqlarının təhsil prosesində qarşılaşdıqları çətinliklər barədə fikir mübadiləsi aparmaq imkanı əldə etdilər. Məktəb rəhbərliyi və müəllim heyəti inklüziv təhsil üzrə yeni layihə və fəaliyyətləri də müzakirə etdi. Görüşün məqsədi, hər bir şagirdin fərdi inkişafına dəstək olmaq və valideynlərin təhsil prosesində fəal iştirakını təmin etmək idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi