Azərbaycan Dövlət Suverenliyi Günü
Bu gün Azərbaycan tarixinə iki böyük hadisə ilə həkk olunub: Xankəndinin işğaldan azad olunması və 20 Sentyabr – Azərbaycan Dövlət Suverenliyi Günü. Hər iki hadisə dövlətimizin gücünü, xalqımızın birliyini və milli iradəmizi təcəssüm etdirir.
Xankəndi, 30 il işğal altında qaldıqdan sonra Vətən müharibəsində qazanılan qələbə ilə yenidən Azərbaycanın nəzarətinə keçdi. Bu tarixi zəfər, ordumuzun gücü, şəhidlərimizin qanı və xalqımızın iradəsi ilə əldə olunmuşdur. Xankəndinin azadlığı, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə ən mühüm addımlardan biridir.
20 Sentyabr Azərbaycanın müstəqillik və suverenliyinin rəsmi olaraq tanındığı gündür. 1991-ci ilin 20 sentyabrında qəbul edilən qərarla ölkəmiz öz müstəqil yolunu təsdiq etdi. Bu bayram, dövlətimizin müstəqilliyini qorumaq uğrunda apardığı mübarizənin simvoludur.
Xalqımız üçün bu iki mühüm hadisə, həm tarixi zəfərin, həm də dövlətçilik iradəsinin bir araya gəldiyi bir gündür. Azərbaycanın hər zaman suveren, güclü və qalib olması arzusu ilə bu gün məktəbimizdə də şagirdlərlə birlikdə dəyirmi masalar təşkil olunub, videoçarxlar nümayiş etdirilib.