Milli Musiqi Günü

    Bu gün məktəbimizdə Milli Musiqi Günü ilə bağlı Azərbaycan dili və ədəbiyyat müəllimi Cəvahir müəllimin rəhbərliyi ilə sinifdə maarifləndirici diskussiya keçirildi. Dərsin əvvəlində şagirdlər Azərbaycanın Dövlət Himnini oxuyaraq Üzeyir Hacıbəyovun mədəni irsinə olan ehtiramlarını nümayiş etdirdilər. Daha sonra şagirdlərə Azərbaycanın böyük bəstəkarı Üzeyir Hacıbəyovun həyat və yaradıcılığı barədə məlumat verildi. Diskussiya zamanı Hacıbəyovun milli musiqimizin inkişafında rolu və onun "Leyli və Məcnun" operası ilə Azərbaycan mədəniyyətinə etdiyi tarixi töhfələr xüsusilə vurğulandı.
Bu cür maarifləndirici söhbətlər, şagirdlərə mədəni irsimizi daha dərindən tanımaq imkanı yaradır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi