Bilik Günü

    Bu gün ölkəmizdə "Bilik Günü" qeyd olunub. Hər bir insanın həyatında bu günün özəl yeri var. Məktəb həyatına ilk çağırış, ilk zəng! Ömrün ən unudulmaz bir zamanına çevrilən bu zəngin sədası illər, qərinələr ötsədə unudulmur.
    Əlamətdar haldır ki, yeni tədris ilində işğaldan azad olunan Vətən torpaqlarında ilk zəngin səsi eşidilib. Təbii ki, bu günü daha səbirsizliklə gözləyənlər  bu il birinci sinfə gedəcək şagirdlərdir.
    Hər il olduğu kimi, bu il də məktəbimizdə "Bilik Günü" təntənəli şəkildə keçirilib. Şəhidlərimiz 1 dəqiqəlik sükutla yad edildikdən sonra şəhid valideyinləri, yerli icra nümayəndəsi, ağsaqqallar şurasının üzvləri çıxış ediblər. Məktəb direktoru G. Cəfərova çıxış edərək şagirdləri təbrik edib. Daha sonra balaca fidanlarımız öz çıxışları ilə təbriklərə qoşulublar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi