Silahlı Qüvvələr Günü münasibətilə təşkil olunmuş dəyirmi masa

Məktəbimizdə 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə təşkil olunmuş dəyirmi masa tədbiri uğurla baş tutub. Tədbirdə bir çox fənn müəllimləri, o cümlədən tarix, ədəbiyyat, ingilis dili, riyaziyyat, coğrafiya müəllimləri iştirak edibər. Tədbirin məqsədi Azərbaycanın Silahlı Qüvvələri haqqında ətraflı məlumat vermək və müəllimlər arasında vətənpərvərlik ruhunu yüksəltmək idi. Tarix müəllimi Aytən Səlimova – Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranmasından danışaraq geniş məlumat verib.

Dəyirmi masa zamanı müəllimlər Azərbaycanın hərbi tarixi, qəhrəmanları və müasir ordunun inkişafı barədə ətraflı məruzələr ediblər. Həmçinin, tədbir çərçivəsində maraqlı müzakirələr aparılıb və suallar cavablandırılıb.

Silahlı Qüvvələr Günü münasibətilə bütün hərbçilərimizi təbrik edir və onlara sağlamlıq, uğurlar arzu edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi