Sertifikasiya imtahanında yüksək nəticə göstərən müəllimlərimiz

Məktəbimizin müəllimlərindən sertifikasiya imtahanında yüksək nəticə göstərənləri təbrik edirik! Riyaziyyat və ingilis dili müəllimlərimizdən çoxu 60 bal üzərindən 50+ bal toplayaraq böyük uğur əldə ediblər. Bu nailiyyət, onların peşəkarlığını və təhsil sahəsindəki fədakarlıqlarını bir daha təsdiqləyir. Müəllimlərimizin əzmkarlığı və innovativ yanaşmaları, şagirdlərimizə ən yüksək keyfiyyətdə təhsil verməkdə bizə güvən verir. İmtahanda yüksək bal toplayan müəllimlərimizin öz metodlarını və təcrübələrini bölüşərək, məktəbimizin təhsil səviyyəsini daha da yüksəldəcəyinə inanırıq.

Bu uğur yalnız bir başlanğıcdır. Gələcəkdə daha böyük nailiyyətlərə imza atmaq üçün bütün müəllimlərimizə uğurlar arzulayırıq!

Riyaziyyat müəllimləri:

Bağırova Aytən Rahib qızı- 57 bal

Abbasova Şəhla Aydın qızı -48 bal

Əhmədova Şəhla Noycuvan qızı-47 bal

Əliyeva Yaqut Cəfər qızı- 42 bal

Osmanova Ülviyyə Zakir qızı- 42 bal

İngilis dili müəllimləri:

İsayeva Səfa Ağəli qızı-56 bal

Abbasova Aynur Surxay qızı-55 bal

Həsənova Ramilə Ələkbər qızı -54 bal

Muradova Nərgiz Tofiq qızı- 53 bal

Qədiməliyeva Sevda Tofiq qızı - 48 bal

Quliyeva Aynur Rəhman qızı- 48 bal

Cəbiyeva Nəzakət Cəlal qızı-47 bal

Təbriklər və təşəkkürlər!

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi