Ənənəvi "Son zəng" tədbiri

Bu gün bütün təhsil ocaqlarında olduğu kimi məktəbimizdə də məzunlarımız üçün son zəng çalınıb. İllər öncə qorxa - qorxa qədəm qoyduqları doğma məktəbləri ilə vidalaşmaq onlar üçün həm kədərli, həm də sevincli anlarla yadda qalıb. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladıqdan sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra məktəbimizin direktoru Gülnarə xanım Cəfərova çıxış edərək məzunlarımıza öz xoş arzularını çatdırıb. Yerli icra nümayəndəsi, şəhid valideynləri də çıxış edərək tədriklərə qoşulublar. Daha sonra söz məzunlara verilib. Onlar öz çıxışları ilə hər kəsə kövrək anlar yaşadıblar. Sinif rəhbərlərinin şagirdlərinə həsr edib oxuduqları mahnı isə hamı tərəfindən alqışla qarşılanıb. Məzunlarınızı bir daha təbrik edib uğurlar diləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi