Təşəkkürnamənin verilməsi

Artıq iki ildir ki, Osep layihəsi çərçivəsində Qazaxıstan Respublikasının Nazarbayev adına İntelektual məktəbi ilə dostluq bağlarımız davam edir. 23-26 may tarixlərində növbəti dəfə həmin məktəbin nümayəndə heyəti məktəbimizin qonağı oldu. Milli-mənəvi dəyərləri  Azərbaycan mədəniyyətində vacib hesab edilən davranış ədəblərini nümayiş etdirmək məqsədi ilə kollektiv olaraq bir araya gəldik. 36 ailəsi olaraq həvəs və qürur hissi ilə hazırlıqlara başladıq. Təhsil ocağımızın həyətində hər iki xalqın tarixi köklərinə əsaslanan çadırlar qurduq. Çadırların içərisi hər ölkəyə məxsus milli ornamentlərlə bəzəndi. Xalqımızın maddi-mənəvi  dəyərlərindən olan xalçaçılıq, ebru və duluzçuluq sənətləri ilə qonaqlarımızın yaxından tanış olmaları üçün onların nümayişi təşkil olundu. Milli mətbəximizin ən məşhur şirniyyat və yeməkləri müəllimlərimiz tərəfindən hazırlanaraq qonaqlara təqdim edildi. İdmanda uğur qazanan şagirdlərimiz, qədim oyunlarımızı nümayiş etdirən milli geyimli qızlarımız, saz və və mahnı ifaçılarımız qonaqları öz ifaları ilə salamladılar. Nümayəndə heyəti şəhərimizin gəzməli-görməli yerləri ilə yaxından tanış olublar. Dövlət Akademik Dram teatırında “Manqurt” və Monalet teatrında “Leyli və Məcnun” əsərinə tamaşa ediblər.Səfərlərinin sonsunda qonaqlarımız məktəbizlə dostluq etmələrindən məmnun olduqlarını bir daha bildiriblər.

   Bu gün isə Milli Olimpiya komitəsi bu layihədəki yüksək səviyyəli iştirakına görə məktəbimizi “Təşəkkürnamə” ilə mükafatlandırıb.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi