Su Hövzələrində və Xəzər Dənizində Boğulmamaq üçün Maariflındirici Seminar

Məktəbimizin 5-6-cı sinif şagirdləri üçün su hövzələrində və Xəzər dənizində boğulmanın qarşısını almaq məqsədilə seminar təşkil olunmuşdur. Tədbirin əsas məqsədi şagirdləri su təhlükəsizliyi ilə bağlı maarifləndirmək və onlara su mühitində daha təhlükəsiz davranış qaydalarını öyrətmək idi.
Seminarın açılışını məktəbin psixoloqu M.Əliyeva və uşaq birliyinin rəhbəri Ş.Qələndərova etdi. Məktəb psixoloqu su təhlükəsizliyinin əhəmiyyətindən danışaraq, su hövzələrində və dənizdə boğulma hadisələrinin qarşısını almaq üçün diqqət edilməli olan əsas məqamları vurğuladı. O, həmçinin şagirdlərin su ilə bağlı qorxularını və narahatlıqlarını azaltmaq üçün praktiki məsləhətlər verdi.
Uşaq birliyinin rəhbəri isə çıxışında boğulma hallarında tətbiq edilən ilk yardım tədbirlərindən və bu cür halların baş verməməsi üçün alınmalı tədbirlərdən bəhs etdi. O, şagirdlərə suyun yaxınlığında hər zaman bir məsul şəxsin nəzarətində olmağın vacibliyini və boğulma təhlükəsi ilə qarşılaşdıqda necə davranmağın yollarını izah etdi.
Seminar müddətində mövzular slaydlar vasitəsilə də nümayiş etdirildi. Bu, şagirdlərin məlumatları daha yaxşı qavramasına və praktiki nümunələrlə tanış olmasına kömək etdi. Şagirdlərə təhlükəsizlik qaydaları, boğulma hallarında ilk yardım və dənizdə üzmə təlimləri barədə geniş məlumat verildi.
Seminarın sonunda şagirdlər öz suallarını verdilər və fikirlərini bildirdilər. Suallar əsasən su hövzələrində təhlükəsizlik qaydaları, boğulma hallarında ilk yardım və dənizdə üzmə təlimləri ilə bağlı idi. 
Seminarda iştirak edən şagirdlər bu tədbirdən çox faydalandıqlarını və öyrəndikləri məlumatların yay mövsümündə onlar üçün çox faydalı olacağını qeyd etdilər. Belə maarifləndirici seminarların davamlı olaraq keçirilməsi, şagirdlərin su təhlükəsizliyi mövzusunda məlumatlılığının artırılması baxımından böyük əhəmiyyət kəsb edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi