Satiranın banisi-Mirzə Ələkbər Sabir

   Bu gün Azərbaycan ədəbiyyatı tarixində sözün həqiqi mənasında milli şair kimi şöhrət qazanan Mirzə Ələkbər Sabirin doğum günüdür. Sabir satiraları günümüzdə də öz aktuallığını saxlayır. Şairin satirik qüdrəti və şöhrəti "Molla Nəsrəddin" jurnalının səhifələrində kamala çatmışdır."Molla Nəsrəddin" jurnalının geniş şöhrət tapmasında da Sabir poeziyasının  xüsusi rolu olmuşdur. Klassik ədiblərimizin gələcək nəsillərə tanıtmaq məqsədilə məktəbimizin dəhlizində şairin satiralarına çəkilmiş rəngarəng karikaturalar asılıb. Bu əsərlərdə müxtəlif tənqid hədəflərini-zəhmətkeş insanları, istismar edən mülkədarları, təhsilə, maarifə qarşı çıxan valideynləri, avamlıqdan, cahillikdən istifadə edən din xadimlərini görmək olar. Ürəyi vətən, millət eşqi ilə döyünən böyük şairimiz satiralarını silaha çevirərək cəmiyyətin inkişafına mane olan ünsürlərlə mübarizə aparmışdır. Bu gün şagirdlərimizlə bu fikirləri paylaşdıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi