Dünyanı dəyişən dahi Lütfi-Zadə
Bu gün məktəbimizdə dünya şöhrətli alim Lütfi-Zadə anılıb. Fizika müəllimi Şəfəq Şirəliyevanın təşkil etdiyi açıq dərsdə alimin tələbəsi texnika elmləri doktoru professor Rafiq Əliyev də iştirak edib. Dərsdə qeyri-səlis məntiq nəzəriyyəsindən, müasir texnologiyada tətbiqindən, gələcəkdə bir çox sahəyə inteqrasiyasından bəhs edilib. Lütfi-Zadənin ən böyük nəzəriyyəsi olan qeyri-səlis məntiq nəzəriyyəsi riyaziyyatın əsası olan ikili çoxluq anlayışına yeni ifadə verib: qeyri-səlis çoxluq. Elmdə qeyri-səlis ölçünün daxil edilməsi təbiətdə və cəmiyyətdə gedən proseslərin qeyri-müəyyənliyini daha adekvat nəzərə almağa imkan yaradıb.
Sonda Rafiq müəllim çıxış edərək böyük alimin insani keyfiyyətlərindən, elmi dəqiqliyindən, elmdə heç bir səhvlə barışa bilməməyindən geniş məlumat verib.