Müəllim işıqlı sabahlarımızın bünövrəsidir.

   Əsl müəllimlik istedad və vergidir. Hər birimizdə gözünün nurunu, qəlbinin hərarətini bizə verən müəllimlərimizdən zərrələr var. Müəllimlərimiz işıqlı sabahlarımızın bünövrəsidir.

   Belə müəllimlərdən biridə həyatının 43 ilini sevə-sevə bu peşəyə həsr edən coğrafiya müəllimimiz İradə Rəşidovadır.

   O, ziyalı ailəsində dünyaya göz açıb. Valideynləri həkim olmağını istəyiblər. Hətta adının da "Göz həkimi" tamaşasındakı doktor obrazından götürülməsi bu arzunun təzahürü olub. Lakin ana təbiətin möcüzələri, quşların səsi, çayların ahəngi onu sehrləyib. Bu sevgi İradə müəlliməni coğrafiya-biologiya fakültəsinə aparıb. İxtisasını incəliklərinə qədər mənimsəyib və şərəfli bir yola qədəm basıb.

   1981-ci ildən 36 nömrəli məktəbdə coğrafiya fənnini tədris etməyə başlayıb. 1996-cı ildən direktor müavini kimi məsuliyyətli bir vəzifəni də qəbul edib.

    Retro mahnıları dinləməyi sevir. Məktəbdə oxuyarkən əl qabiliyyətini nümayiş etdirərək çəkdiyi rəsmlər diqqəti cəlb edib.

   Peşəkar fəaliyyətinə görə "Azərbaycanın tanınmış maarifçiləri" kitabına daxil edilib. İradə müəllimə XXI əsr maarifçiləri Beynəlxalq layihəsinin diplomu ilə təltif edilib.

    Hər bir müəllimin güzgüsü onun yetişdirdiyi şagirddir. İradə müəllimənin şagirdi coğrafiya üzrə Respublika Fənn Olimpiadasında gümüş medala layiq görülüb. Cəmiyyətin müxtəlif sahələrində uğurla fəaliyyət göstərən məzunlarımızın çoxunun yoluna sevimli İradə müəllimə işıq salıb.

 Var olun, Əziz İradə müəllimə!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi