Yüzlərlə insanın taleyində izi olan şəxs

   Yüzlərlə insanın taleyində izi olan şəxs- İradə Rəşidova. 65 illik həyat yolunun 43 ilini elmə təhsilə həsr edən əsl pedaqoq.
   Bu gün kollektiv olaraq İradə müəllimin 36 ailəsi ilə keçirdiyi 43 zəngin, yaradıcı illərə səyahət etdik. Kövrək anlarla keçən tədbirdə ötən illərdə kollektivimizə rəhbərlik etmiş Qurban Həsənov, Sədaqət Hüseynova, İradə Babayeva iştirak edərək öz xoş xatirələrini paylaşdılar, yubilyara arzularını bildirdilər. Daha sonra balaca fidanlarımız öz çıxışları ilə təbriklərə qoşuldular. Çıxış edən müəllimlərimiz İradə xanımla çiyin-çiyinə çalışdıqları illərin xatirələrini bölüşdülər.
    Dəyərli İradə müəllimi kollektivimiz adından təbrik edir, ona uzun ömür, can sağlığı arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi