Sehirli kimya
Kibritsiz alov, otaq şəraitində ildırım və vulkan, yod kristallarının mayeyə çevrilmədən qaza çevrilməsi, firon ilanları, kəsiksiz qan, laboratoriya şəraitində şəkər tozundan kömürün alınması və s.
Bu və digər möcüzəli təcrübələr bu gün məktəbimizdə keçirilən "Sehirli kimya" saatında nümayiş etdirilib. Tədbir kimya elementləri cədvəlindəki elementlərin musiqili təqdimatı ilə başlayıb. Kimyagərlərimiz bir-birindən maraqlı təcrübələr apararaq bu reaksiyaların həyatda, kino sənayesində istifadəsini də izah ediblər. Tədbir çox maraqlı keçib. Məqsədimiz şagirdlərin kimya fənninə olan maraqlarını artırmaq və onları kimyanın sehrinə cəlb etmək olub. Sevinclə deyə bilərik ki, məqsədimizə çatdıq.