"Məktəblərdə Məhəmməd Füzuli ayı" layihəsinin icrası

Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar aprel ayı ərzində "Məktəblərdə Məhəmməd Füzuli ayı" layihəsinə start verilib.
Bu məqsədlə 24 aprel tarixində məktəbimizin 8C sinfinin şagirdlərinin iştirakı ilə dəyirmi masa təşkil edilib. "Məhəmməd Füzulinin poemaları" mövzusunda çıxış edən şagirdlər şairin Azərbaycan və fars dillərində yazdığı epik əsərlər barədə ətraflı məlumat veriblər. Əsərlərin ideyası, bədii xüsusiyyətləri barədə fikirlər söyləyiblər. Azərbaycan dili və ədəbiyyatı müəllimi Cəvahir Məmmədova şairin dəryaya bənzər fikir xəzinəsindən bəhrələnməyin vacibliyini vurğulayıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi