Nənələrimizin fikrincə evdə lazımsız heç nə yoxdur. Bu gün texnologiya müəllimi Lumiyyə Haxverdiyevə 5B sinfində keçdiyi dərsdə bu fikri bir daha sübut etdi. "Dəyərlərimizi qoruyaq" adlı layihəyə əsasən keçilən bu dərsdə şagirdlər lazımsız parça kəsiklərindən döşəkçələr hazırladılar.