"Ana dilimiz və təhsil"

    Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva və mərkəzin əməkdaşları Günel Cəbrayılova və Gülnar İsmayılova "Ana dilimiz və təhsil" layihəsi çərçivəsində Bakı şəhəri Nərimanov rayonu 36 nömrəsi tam orta məktəbin qonağı oldu. Tədbirdə  qonaqlarla yanaşı məktəbin müəllim-şagird heyəti iştirak etdi.
    Monitorinq mərkəzinin direktoru professor Sevinc Əliyeva tədbir iştirakçıkarını salamlayaraq tədbirin və təlimin təşkili üçün məktəb rəhbərliyinə minnətdarlığını bildirdi.
   Sevinc xanım tədbirdə Azərbaycan dilinin düzgün tətbiqi, orta məktəblərdə ana dilinin tədrisi, şagirdlərin Azərbaycan dilində səlis danışıq və düzgün yazı vərdişlərinin inkişafı etdirilməsi mövzuları haqqında çıxış etdi. Mütəxəssis Gülnar İsmayılovanın keçdiyi interaktiv təlimdə fəal iştirak edən şagirdlər müxtəlif hədiyyələrlə mükafatlandırıldı. Şagirdlərin təqdimatları, şeir nümunələri və səsləndirdikləri musiqi nömrəsi böyük maraqla qarşılanaraq mərkəzin əməkdaşları tərəfindən təqdir edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi