Məktəbimizin uğurları

  Əliyev İlkin Fariz oğlu məktəbimizin 11B sinif şagirdi bu il keçirilən  buraxılış imtahanında maksimum bal toplayıb.  04.12.2006-cı ildə Bakı şəhərində anadan olan İlkin Əliyev 2013/2014-cü tədris ilində məktəbimizin I sinfinə daxil olub. İlkin yüksək intellekti və mədəniyyəti ilə həmişə seçilib. Fəxrlə deyə bilərik ki, İlkin 1 gün belə dərs buraxmayıb. O, təhsil illərində özünü intizamlı, məsuliyyətli şagird kimi tanıdıb.  I qrup üzrə hazırlaşan şagirdimiz informatika sahəsinə xüsusi üstünlük verir. Gələcək imtahnlardan da maksimum nəticə toplamağını arzu edirik.
Məktəbimizin 300 bal toplayan digər şagirdi 11D sinif şagirdi Xasıyeva Jalə Ceyhun qızıdır.  04.12.2006-cı ildə Bakı şəhərində anadan olan Jalə Xasıyeva 2018/2019-cu tədris ilində məktəbimizin VI sinfinə daxil olub. Jalə dərslərinə daim yüksək səylə çalışan bacarıqlı şagirddir. Çox intizamlı və səliqəlidir, məktəb illərində uğurları ilə fərqlənib. 9-cu sinfin baraxılış imtahanında da yüksək nəticə göstərən Jalə  dərslərdə göstərdiyi fəallığı ilə seçilib. Jaləyə qarşıdan gələn imtahanlarda da müvəffəqiyyət diləyirik.
Əziz şagirdlərimiz, sizinlə fəxr edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi