Şizofreniya: Reallıq və qeyri reallığın toqquşması

   Mart ayından etibarən məktəbin 8-9-cu sinif şagirdlərinin bir qismi ilə “Bibloterapiya” klubu yaradılıb. Bu klubda şagirdlərin razılığı ilə seçilən daha çox psixoloji məzmunlu kitablar müzakirə edilir və bu da fərqindəliyin artmasında xüsusi və önəmli rol oynayır. Qeyd edək ki, bu klub həmin şagirdlərin valideyinləri üçün də açıqdır.
 Bu gün məktəbdə “Psixoloji maarifləndirmə” məqsədi ilə yaradılmış “Bibloterapiya” klub uşaqlarla “A Beautiful Mind” filmi izlənilib. Filmin mövzusu John Nash adlı bir professorun riyaziyyat üzrə akademik nəaliyyətləri və şizofreniya xəstəliyi ilə mübarizə aparması ilə bağlıdır. Filmin məqsədi şizofreniya ilə bağlı şagirdlərdə fərqindəlik yaratmaqla yanaşı, John Nashın fərqindəliyinin yüksək olması onun xəstəliyi qəbullanması və bu xəstəliklə necə yaşamasını göstərir. Fərqindəlik psixologiyanın və psixoterapiyanın ən önəmli anlayışlarındadır. Bu barədə daim maarifləndirmə xarakterli seminarlar, psixoloji film günləri təşkil olunmalı və psixoloji problemlərin önəmi vurğulanmalıdır. Psixoloji problemlərlə əlaqəli miflərin yalan olmasını sübut etmək  maarifləndirmənin əsas hissəsini təşkil edir. 
Filmdən sonra “Şizofreniya” haqqında danışıldı və şagirdlərin suallarına cavab verildi. Şagirdlər bu barədə son araşdırmaları oxuyacaqlarını söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi