Şəhid ailəsinə ziyarət

   Məktəbimizdə hər sinif bir şəhidin müqəddəs adını daşıyır. Məqsədimiz qanları ilə tarix yazan bu oğullarımızı unutmamaq, unutdurmamaqdır. 
   Ramazan bayramı ərəfəsində 8C sinifinin şagird, valideyn və müəllimlərindən ibarət qrupu adını qururla daşıdıqları Elfaq Azad oğlu Nağıyevin ailəsini-valideyinlərini ziyarət etdilər. Görüşdə məktəbin direktoru G.Cəfərova, sinif rəhbəri Ş.Əhmədova, tarix müəllimi A.Hətəmova, Azərbaycan dili və ədəbiyyat müəllimi C.Məmmədova və bir neçə valideyn iştirak edirdi. Şəhidin uşaqlıq illərini, məktəb dövrünü və hərbi fəaliyyətini əks etdirən guşə ilə tanış olan şagirdlər onun torpaqlarımızın işğalı ilə razılaşmayan, daim mübarizəyə hazır vətənpərvər gənc olduğuna bir daha şahid oldular. Şagirdlər şəhidin şanlı döyüş yolu haqqında məlumat verib şeir parçaları səsləndirdilər.
   Sonda şəhidin anası Aytəkin xanım, atası Azad bəy göstərilən diqqətə görə müəllim və şagirdlərə minnətdarlıqlarını bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi