Yaşıl dünya naminə həmrəylik ili
Ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə bu il ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. Məktəbimizdə də ötən tədris ilindən yaradılmış Gül bağçası şagirdlərimizin sevimli guşələrindəndir. "Yaşıl dünya naminə həmrəylik ili" də "Dəyərlərimizi qoruyaq!" layihəsi çərçivəsində məktəbimizin biologiya müəllimi İlhamə İsmayılova şagirdlərlə birlikdə bu sevimli guşənin qulluğunda durur, buradakı bitkiləri həvəslə becərirlər.