Uğurlu şagirdimiz

Məktəbimizin 7b sinif şagirdi olan Raul Səlim bir çox dünya  olimpiadalarının iştirakçısıdır.
Məktəbimizin fəxri şagirdlərindən olan Raul  19-23 iyul 2022-ci ildə Frankfurtda keçirirlən Beynəlxalq  STEM Olimpiadasının böyük finalında Coding üzrə bürünc medal (3-cü yer ),riyaziyyat üzrə bürünc medal (3-cü yeri) qazanmışdır.
  Daha sonra Raul  18-23 iyul 2023- cü ildə Parisdə keçirilən Beynəlxalq STEM Olimpiadasının böyük finalında Coding üzrə gümüş medal (2-ci yer), riyaziyyat üzrə bürünc medal (3-cü yerə) layiq görülmüşdür.
Raul dərslərindəki nailiyyətləri  ilə yanaşı eyni zamanda idmana da böyük maraq göstərir.  Raul 18.11.2023 -ci ildə şahmat üzrə təsnifat turnirində 9 raundun hər birində qalib gələrək I yerə layiq görülmüşdür. Raul şahmat üzrə Respublika yarışlarında iştirak edərək  müxtəlif yerlər tutmuşdur. O III dərəcə rang sahibidir. O, tennis üzrə bir neçə yarışların iştirakçısı, Evrotennisin üzvüdür. Raul Çernoqoriyada tədris olunan “Liderlər Məktəbinin” üzvüdür. Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin 2-ci sinif  şagirdidir.
Bundan əlavə  Raul (təsisçisi Leyla xanım Əliyevanın olduğu) IDEA- nın “Ətraf mühütün mühafizəsi naminə beynəlxalq dialoq” İctimai Birliyinin üzvü və konsuludur. İngilis və rus dilini mükəmməl bilən Raul hal- hazırda  çin və fransız dillərini öyrənir.  
Raulun son qazandığı nailiyyət isə dünya reytinqi üzrə 2-ci ABŞ reytinqi üzrə isə 3-cü yerdə olan Stanford Universitetinin orta məktəbinə “Stanford University Online High School” yüksək göstəricilərlə qəbul olmasıdır.. Raul bu məktəbdə onlayn təhsil alacaqdır. Sevimli şagirdimiz Raula  uğurlarının bol olmasını və müvəffəqiyyətlər diləyirik.

#BŞTİ
#təhsildəkeyfiyyətənəzarətsektoru
#Bakı Təhsilİdarəsi#EduAz#BakuEduAz
#Müsabiqə#virtualməktəb#fəalməktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi