31 mart soyqırım gününü dərin hüzünlə anırıq.

   1918-ci ilin 30 mart 3 aprel tarixləri arasında Bakı şəhərin və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirmişlər. Hər il olduğu kimi bu ildə xalqımızın bu acı tarixi məktəbimizdə silsilə tədbirlərlə qeyd edildi. Bütün siniflərdə ilk dərslərdə 31 mart soyqrımı haqqında maarifləndirici söhbət aparıldı. Məktəbin akt zalında soyqırıma həsr olunmuş tədbir keçirildi. Tədbirdə məktəbin tarix müəllimi Səbinə Cəfərova və direktoru Gülnarə Cəfərova çıxış edərək tariximizin bu ağrılı hadisələri barədə uşaqlara geniş məlumat verdilər, məktəbdə təcrübədə olan ADPU-nun musiqi fakültəsinin xor kollektivi vətənpərvər mahnılar səsləndirdilər. Çıxışlar arasında IV sinif şagirdlərinin hazırladıqları təqdimat diqqət cəlb etdi. (Sinif rəhbəri Allakhverdiyeva Tarlala)

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi