DTX-nın peşə bayramı
Bu gün Azərbaycan Milli Təhlükəsizlik orqanlarının yaradılmasının 105-ci il dönümü ilə bağlı məktəbimizdə gənclərin çağırışaqədərki hərbi hazırlıq müəllimi Rəfail Quliyev X-XI sinif şagirdləri ilə birgə maarifləndirmə tədbiri keçirib. Rəfail Quliyev ölkəmizdə təhlükəsiz mühitin formalaşması, ərazi bütövlüyümüzün qorunması, xalqımızın əmin-amanlığının təmin olunması uğrunda sədaqətlə çalışan təhlükəsizlik orqanlarının fəaliyyəti haqqında şagirdlərə geniş məlumat verib. DTX orqanlarında çalışan bütün əməkdaşları ürəkdən təbrik edir, işlərində uğurlar arzu edirik!